Modern.az

Məhkəmə “Nida”çı məhbusun hökmünü dəyişdirmədi

Məhkəmə “Nida”çı məhbusun hökmünü dəyişdirmədi

Təhsil

4 Mart 2015, 15:21

Martın 4-də Bakı Apelyasiya Məhkəməsində “Nida” hərəkatının üzvü, məhbus Orxan Eyyubzadənin şikayətinə ilkin baxış iclası keçirilib.

Oktyabrın 15-də Binəqədi rayon Məhkəməsi Orxan Eyyubzadənin 2 il müddətinə azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb. Məhkəmənin bu hökmündən apelyasiya şikayəti verilib.

Məhkəmədən Modern.az saytına verilən məlumata görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə Orxan Eyyubzadə də iştirak edib: “Şikayətin əsaslandırılmasına baxmayaraq, məhkəmə hökmü qüvvədə saxladı. Orxan Eyyubzadə ifadəsində məhkəmədən ədalətli qərar çıxarmasına inanmadığını bildirdi. Fikrini belə əsaslandırdı ki, onsuz da məhkəmə verilən tapşırığı icra edib hökmü öz qüvvəsində saxlayacaq”.

Orxan Eyyubzadə ötən ilin mayında tutulub. Ona xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına zor tətbiq etmə ittihamı ilə cinayət işi qaldırılıb. Cinayət işini Binəqədi Rayon Prokurorluğu aparıb.

Yeganə OQTAYQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı