Modern.az

Deputatın oğlu dünyanın 1 nömrəli universitetinə qəbul olundu - ÖZƏL

Deputatın oğlu dünyanın 1 nömrəli universitetinə qəbul olundu - ÖZƏL

Təhsil

Bu gün, 16:01

Bu il Azərbaycanda Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan 500 nəfərdən 155-i dünya reytinq cədvəllərində ilk onluqda yer alan universitetlərdə təhsilini davam etdirəcək.

Onların arasında 7 nəfər ABŞ-ın məşhur Massaçusets Texnologiya İnstitutu, Harvard və Stenford universitetlərinə qəbul olunub.

Modern.az-ın məlumatına görə, Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olunan gənclərdən biri Milli Məclisin deputatı Azər Kərimlinin oğlu Heydər Kərimlidir.

Belə ki, Heydər Kərimli dünya şöhrətli universitetdə maliyyə ixtisası üzrə magistratura təhsili alacaq.

Massaçusets Texnologiya İnstitutu (ingiliscə: Massachusetts Institute of Technology və ya qısaca MIT), ABŞ-ın Massaçusets ştatının Kembric şəhərində yerləşən, dünyanın ən nüfuzlu və aparıcı özəl tədqiqat universitetidir. 1861-ci ildə yaradılan bu ali təhsil ocağı, xüsusilə mühəndislik, kompüter elmləri, süni intellekt və təbiət elmləri sahəsində qlobal lider sayılır. Dünyanın ən nüfuzlu ali təhsil reytinqlərindən olan QS World University Rankings 2027 hesabatına əsasən, MIT ardıcıl olaraq dünyanın 1 nömrəli universiteti seçilib.

Qeyd edək ki, Azər Kərimlinin böyük oğlu Fəxri Kərimli ali təhsili Böyük Britaniyada bitirib, o, Oksford Universitetinin məzunudr.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putini kürəyindən "VURDULAR": Şok açıqlama