Modern.az

Həmkarlar İttifaqının sədri Türkiyəyə başsağlığı verdi

Həmkarlar İttifaqının sədri Türkiyəyə başsağlığı verdi

Təhsil

12 Oktyabr 2015, 10:51


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Millət vəkili Səttar Mehbalıyev Türkiyənin paytaxtı Ankara şəhərində baş vermiş terror aktı ilə bağlı başsağlığı verib.

“Türkiyənin paytaxtı Ankara şəhərində baş vermiş terror aktı nəticəsində xeyli sayda  insanın tələf olması və yaralanması xəbərindən dərin sarsıntı keçirdiyimi bildirirəm. Ölənlərin ailə üzvlərinə, yaxınlarına və bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə şəfa arzulayıram. 

Bildirmək istəyirəm ki, Azərbaycan həmkarlar ittifaqları 1,6 milyon üzvü ilə daim Türkiyə xalqının yanındadır.

Başınız sağ olsun!”

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı