Modern.az

Özbəkistan QHT-lərindən COP29-la bağlı dəstək BƏYANATI

Özbəkistan QHT-lərindən COP29-la bağlı dəstək BƏYANATI

COP29

11 İyul 2024, 13:32

100-ə yaxın Özbəkistan qeyri-hökumət təşkilatı (QHT) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Azərbaycanla həmrəylik bəyanatı yayıb.

 

Modern.az xəbər verir ki, sənəddə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək Konfransının (COP29) sədrliyinə səmimi dəstək ifadə edilib.

 

Bildirilib ki.Tərəflər Konfransının (TK) 29-cu sessiyası, Kioto Protokolunun Tərəflər Görüşünün (CMP 19) 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün (CMA 6) 6-cı sessiyasını əhatə edən bu tədbir həmçinin maliyyə sahəsində ilk genişləndirilmiş şəffaflıq strukturunu və yeni kollektiv kəmiyyət hədəfi üzərində işi tamamlayacaq. Həmçinin Elmi və Texnoloji Məsləhət üzrə Yardımçı Orqanın (SBSTA 61) və Həyatakeçirmə üzrə Yardımçı Orqanın (SBİ 61) 61-ci sessiyaları keçiriləcək.

Özbəkistan qlobal iqlim problemlərinə qarşı mübarizənin kritik əhəmiyyətini qəbul edən bir dövlət kimi 1993-cü ildən bu yana BMT İDÇK-nin tərəfidir və Paris Sazişinin iştirakçısıdır.

Biz COP29 və Azərbaycanın rəhbərliyi ilə beynəlxalq arenada iqlim fəaliyyətinin təşviqində nümayiş olunan liderliyi yüksək qiymətləndiririk. Artan əhali və şəhərləşmə proseslərinə baxmayaraq, Özbəkistan təbii ehtiyatlardan daha davamlı istifadəyə və qeyri-sabit istehlak və istehsal nümunələrinə son qoymağa çalışır. Ölkə iqlim dəyişmələrinin təsirlərinə qarşı xüsusilə həssasdır, buna görə sənaye, kənd təsərrüfatı və nəqliyyat sektorlarının karbonsızlaşdırılması və yeni reallıqlara uyğunlaşma Özbəkistan üçün həyati əhəmiyyət daşıyır.

Qeyd edilib ki, Özbəkistan vətəndaş cəmiyyəti gələcək nəsillərə zərər vermədən mövcud ehtiyacların ödənilməsinin vacibliyini qəbul edərək iqtisadi artım və ətraf mühitin qorunması arasında tarazlığa nail olmaq üçün səylər göstərir. Əminik ki, iqlim dəyişmələrinin həlli çox vacibdir, təsirləri azaltmaq, həssas icmaları qorumaq və mühüm ekosistemləri mühafizə etmək üçün cəsarətli və qətiyyətli addımların vaxtı gəlmişdir.

Özbəkistan vətəndaş cəmiyyəti COP29 sədrliyini və Azərbaycanın dialoq, əməkdaşlıq və innovasiyaların inkişafına sadiqliyini yüksək qiymətləndirir. Zəngin mədəni və təbii irsə malik olan Azərbaycan təkcə qiymətli ekoloji resursların mühafizəçisi kimi deyil, həm də ətraf mühitin və iqlim dəyişmələrinə qarşı tədbirlərin fəal müdafiəçisi kimi çıxış edir.

Özbəkistan qarşıdan gələn COP29 danışıqları zamanı Azərbaycanın əhəmiyyətli konsensus nəticələrinə nail olacağına dair nikbinliyini ifadə edir.

Özbəkistan vətəndaş cəmiyyəti iqlim fəaliyyətini sürətləndirmək və planetimiz üçün parlaq bir gələcək yaratmaq məqsədilə COP29-a sədrlik edən Azərbaycan ilə həmrəydir.

Biz iqlim dəyişmələri ilə mübarizədə həm insanların, həm də təbiətin inkişaf etdiyi bir dünya qurmaqda töhfə vermək fürsətimizi həvəslə gözləyirik:

  1. “İnklüziv Həyat” fiziki məhdudiyyətli şəxslərin ictimai birliyi - Mirzərəhimova Xilola Abdukərimovna
  2. Özbəkistanın müstəqil insan hüquqlarının müdafiəsi təşkilatı - Adilov İsmoyıl
  3. “Şərqin Qadını” Beynəlxalq Qadınlar İctimai Fondu - Tursunbayeva Səodat Qafurovna
  4. "EKOSAN" ekologiya və sağlamlıq üzrə beynəlxalq ictimai xeyriyyə fondu - Jurayev Komiljon Beqmonoviç
  5. "Mərhəmət və nəticə" ictimai birliyi - Səidə Turabekova
  6. Özbəkistan Psixoloqlar Assosiasiyası - Mahmudova Xulkar Tilaboevna
  7. “Bilik Karvanı” qeyri-dövlət qeyri-kommersiya elmi təşkilatı - Tolipov Fərxod Faziloviç
  8. “Sağlam nəsil naminə” qeyri-hökumət beynəlxalq xeyriyyə fondu - Muminov Nazimjon Erqaşeviç
  9. Özbəkistanın “Aqrar Qadınlar” Assosiasiyası - Əhmədcanova Ədibə Kamilcanovna
  10. Rusiya universitetlərini bitirmiş Özbəklərin qeyri-hökumət Respublika İctimai Birliyi - Məmədəliyeva Mahbula Mamatazizovna
  11. “Kəpənək balalar” qeyri-hökumət qeyri-kommersiya təşkilatı - Cabbarova Guzal Telmanovna
  12. “Mədəd” müəssisə formasında qeyri-hökumət qeyri-kommersiya təşkilatı - Tursunov Tulkin Mirzəyeviç
  13. “İstiqbal” Araşdırma Mərkəzi ictimai birliyi - Butayev Usmonjon Xayrullayeviç
  14. “Özbəkistan jurnalistlərinin yenidən hazırlanması” mərkəzi - Babacanova Gülnarə Nəcimovna
  15. Regionların İqtisadi İnkişafına Yardım Mərkəzi - Bekçanov Davron Maşaripoviç
  16. “Demokratiya və İnsan Hüquqları” İnstitutu - Xocayeva Sayora Ataxanovna
  17. “Firavan Yurt” xeyriyyə ictimai birliyi - Qılıçev Şoxzod Nortuxtaeviç
  18. Özbəkistan İqtisadiyyat Assambleyası - Umarov Maxtor Mansurxudjaeviç
  19. Özbəkistan Qadınlar və Qızlar Assosiasiyası - Miradilova Nəsibə Kadırovna
  20. “Rəqəmsal Nəsil Özbəkistan” Qeyri-hökumət qeyri-kommersiya təşkilatı - Cəlalov Əzəmət Axraroviç
  21. Özbəkistan Könüllülər Assosiasiyası - Abidova Şirin Rəhimcanovna
  22. Özbəkistanın Şanxay Əməkdaşlıq Təşkilatının Xalq Diplomatiyası Mərkəzi - Sobirov Kobiljon Kosimoviç
  23. Davamlı İnkişaf Mərkəzi - Saminov Elyorjon Sadullajonoviç
  24. Özbəkistanın Qonaq Evləri və Hostel Sahibləri Assosiasiyası - Səidov Utkir Urolboeviç
  25. Özbəkistan Sahibkarlığa və Fermerliyə Dəstək Mərkəzi - Alimov Akrom Mahkamoviç
  26. Özbəkistan Əlillər Cəmiyyəti - Abdullayev Kamil Kadamoviç
  27. Özbəkistan Respublikasının Notariat Palatası - Aşurov Dilşod Rüstəmoviç
  28. “Ailə” elmi, sosial və humanitar təşəbbüslər mərkəzi - Kərimova Dildora Mirsabitovna
  29. “Özbəkistan gənclərinin sahibkarlığın təşviqi mərkəzi” qeyri-hökumət qeyri-kommersiya təşkilatı - Rəşidov Mehroc Xurşed oğlu
  30. Özbəkistan Əlillər Assosiasiyası - Isokov Aybek Yusufbekoviç
  31. “Mərkəzi Asiya Assosiasiyası” ictimai birliyinin Özbəkistandakı nümayəndəliyi - Mamarasulova Gülnoz Abulkosimovna
  32. "EKOLOQ" ictimai birliyi - Kosımova Nərgiz Sünnət qızı
  33. “Özbəkistan Çernobılçıları” Assosiasiyası - Nikonov Yuri Andreeviç
  34. “Yeni Media Təhsil Mərkəzi” müəssisə formasında qeyri-hökumət, qeyri-kommersiya təşkilatı - Alimov Beruni Sultanoviç
  35. “Özbəkistanın xeyirxahlıq və sağlamlıq” ictimai fondu - Mirzəhmədov Asrol Xocieviç
  36. Respublika “Çernobıl” İctimai Xeyriyyə Fondu - Normuratov Davronbek Omonoviç
  37. "Yüksəliş" ümummilli hərəkatı - Bekmurodov Bobur Mansuroviç
  38. Özbəkistan və Türkiyə İş Adamları Birliyi "UTİD" - İslamov Rüstəm İsrailoviç
  39. “Uzbekligim - Uzligim” (özbəkliyim-kimliyim) qeyri-hökumət qeyri-kommersiya təşkilatı - Sultanova Moxira Sabitovna
  40. İnsan Hüquqları Mədəniyyəti Mərkəzi - Umarov İxtiyor Sübxanoviç
  41. “Ömür boyu irs” Özbəkistan mədəniyyəti və incəsənətinin təbliği mərkəzi - Mirzəyeva Lütfiyyə Xomidovna
  42. Özbəkistan döyüşçü-veteran və əlillərin "VETERAN" ictimai birliyi - Muradov Tələt Pərdayeviç
  43. “EZGU AMAL” ictimai fondu - Xocayeva Xilola Baxtyorovna
  44. Özbəkistan Görmə Məhdudiyyətli Şəxslər Cəmiyyəti - Narpulatov Erqaş Djuraeviç
  45. Proqressiv İslahatlar Mərkəzi - Aslanov Mirşoxid Fərxodoviç
  46. Özbəkistan Gənclərinin Beynəlxalq Assosiasiyası - Şavkatov Otabek Şerzodoviç
  47. Daşkənd şəhəri qızların sahibkarlıq mərkəzi - Yoldaşova Vəzirə Abdullayevna
  48. "VETERAN" Özbəkistan Veteranlar və Əlillər Cəmiyyəti Daşkənd şəhər şöbəsi - Sultanov Rüstəm Sultanoviç
  49. Daşkənd şəhər şəkərli diabet xəstələri və əlillərin “Ümid” Xeyriyyə İctimai Birliyi - İbrahimova Nilufər Şükürovna
  50. Məhəmməd Yusif adına Daşkənd Şəhər İctimai Fondu - Salyamova Nazirə Salomovna
  51. Daşkənd Şəhər Mühəndislik Təhsili Assosiasiyası - Maqrupov Tələt Madiyeviç
  52. Daşkənd şəhər "SOF-DİL" diabetli əlil uşaqlar cəmiyyəti - Sultanova Şəhrizadə Talabbəyovna
  53. “MILLENNIUM” əlil gənclər üçün sosial və hüquqi reabilitasiya mərkəzi - Mahmudkulova Gülcaxan Erqaşevna
  54. Özbəkistan Əlillər Cəmiyyətinin Daşkənd şəhər bölməsi - Vasikova Feruzə Həşimovna
  55. Daşkənd şəhər "Bilol-karate" karate idman klubu - Zeyniddinov Biloliddin Kamolxocaeviç
  56. Daşkənd şəhəri "Loqos" qeyri-hökumət qeyri-kommersiya təşkilatı - Sanginov Səidrasul Səidəkpəroviç
  57. Daşkənd şəhər “Sağlam ana və uşaq” qadınlara və gənclərə dəstək mərkəzi - Zaripova Rənajon
  58. Özbəkistan Milli Paraolimpiya Assosiasiyasının Daşkənd şəhər regional bölməsi - Əzizov Abdukaxhor Abduxapisoviç
  59. Daşkənd şəhəri "MIR FIGHTER" peşəkar idman klubu - Normatov Odiljon Abidoviç
  60. Özbəkistan Respublikasının “Əlil hemofiliyalı xəstələr” cəmiyyəti - Yusupova Durdona Ravşanovna
  61. Özbəkistan Oyunlar və Daşa Dırmanma Federasiyasının Daşkənd şəhər bölməsi - Xusanov Ümid
  62. Daşkənd şəhər "İNKLUZİV CƏMİYYƏT" əlillərin ictimai birliyi - Tillayeva Nodirə Doniyorovna
  63. Daşkənd Şəhər Görmə Məhdudiyyətli Gənclər Mərkəzi - Dangalov Sünnətilla Mustafayeviç
  64. Özbəkistanın Qızıl Aypara Cəmiyyəti Daşkənd şəhər təşkilatı - Taşlanova Nəzokət Rüstəmovna
  65. Daşkənd şəhəri "Mehr Kuzda" (Gözlərdə mərhəmət) qeyri-hökumət qeyri-kommersiya təşkilatı - Taşxocayeva Maxira Haşimovna
  66. “Təsviri ayna” yaradıcılıq birliyi Daşkənd şəhər şöbəsi - Qulyamov Murod İsmayıloviç
  67. Özbəkistanın arbitraj məhkəmələri Assosiasiyanın Daşkənd şəhər bölməsi - Əbrəhmənov Uluqbek Kushmatoviç
  68. Daşkənd Şəhər Əlil Uşaq və Böyüklər İdman Klubu - Zuhurova Muattar Kabirovna
  69. "EKOMƏKTƏB" ekologiya-resurs mərkəzi - Natalya Sergeyevna Şivaldova
  70. Özbəkistan Eşitmə Məhdudiyyətli Şəxslər Cəmiyyəti Daşkənd şəhər ərazi idarəsi - Mahkamova Gülnarə Abdunəzərova
  71. Daşkənd Şəhər İstehlakçıların Hüquqlarını Müdafiə Cəmiyyəti - Abduqayumov Bahodir Abduraximoviç
  72. "Şərait plus" əlillər ictimai birliyi - Rəhimova Muxabat Axrorovna
  73. "Ürək Ekologiyası – Ruh Ekologiyası" qeyri-hökumət qeyri-kommersiya təşkilatı - Suvanov Eşdavlat Səlimoviç
  74. Respublika Mənəviyyat və Maarifçilik Mərkəzinin Daşkənd şəhəri Şeyxontaxur rayon bölməsi - Əlibayeva Nilufər Abiddinovna
  75. Qadınlar və yeniyetmələr üçün "NAFOSAT" təlim mərkəzi - Mətyakubova Noila İspanovna
  76. Daşkənd şəhər “ÜMIDVORLİK” sağlamlıq imkanları məhdud uşaqlara yardım mərkəzi - Teperina Marina Nikolaevna
  77. Daşkənd şəhər “İndiqo” təbiəti mühafizə cəmiyyəti - Volkov Pavel Vsevolodoviç
  78. Daşkənd şəhəri "Özbəgimin gəncləri" ansamblı - Lüdfiya Ruzibayeva
  79. "İş qadını" Özbəkistan İş qadınları assosiasiyasının Daşkənd şəhər bölməsi - Taşmuxammedova Diləfruz İbrahimovna
  80. Daşkənd şəhər Xalq Deputatları Soveti yanında vətəndaş cəmiyyəti institutlarına və qeyri-hökumət qeyri-kommersiya təşkilatlarına dəstək ictimai fondu - Kuçkarova Xayotxan Əliyevna
  81. Özbəkistan Respublikasının müdafiəsinə yardım göstərən “Vətənpərvər” təşkilatının Daşkənd şəhər filialı - Alimxocayev Fərxod Mahmudxocaeviç
  82. Özbəkistan Respublikasının “Canlı təbiət” ictimai birliyi, Daşkənd şəhər bölməsi - Əzizov Şadiyar Validjanoviç
  83. “Müəllimlər assosiasiyası” ictimai birliyi, Daşkənd şəhər bölməsi - Şaislamova Kunduz Şanazarovna
  84. Daşkənd şəhəri Rerixlər Cəmiyyəti - Monasypova Nadzia Raufovna
  85. “Ekosan” ekologiya və sağlamlıq beynəlxalq xeyriyyə ictimai fondunun Daşkənd şəhər filialı - Umarxocayeva Şahnoza Maksudovna
  86. “İNTİLİŞ” Respublika İnformasiya və Təhsil Mərkəzinin Daşkənd şəhər filialı - Şarmetova Səyohət Yuldaşbəyovna
  87. Özbəkistan "KI DO" assosiasiyası ("Khap KI Do" döyüş sənəti) Daşkənd şəhər bölməsi - Mahkamov Fərxod Minovarşoyeviç
  88. “Mehribanlıq” Daşkənd şəhər Əlillərin Qarşılıqlı Sosial Yardım Cəmiyyəti - Zakirov Farkhod Murodjon oğlu
  89. Özbəkistan Tələbə İdman Assosiasiyasının Daşkənd Dövlət İqtisad Universitetinin “TDIU” idman klubu - Tanqriyev Abdukarim Tovoşeviç
  90. Özbəkistan Görmə Məhdudiyyətli Şəxslər Cəmiyyətinin Daşkənd şəhər bölməsi - Toşxocayeva Ulmas Xocakbarovna
  91. "Tumor" muncuq dekorativ sənəti mərkəzi - Djuraeva Sayora Baratəliyevna
  92. Daşkənd şəhəri “Qiymətləndirici Təşkilatların Assosiasiyası” ictimai birliyi - Sadıqova Nozimaxan Omonulloxanovna
  93. Özbəkistan Mikrorayonlar Assosiasiyasının Daşkənd şəhər administrasiyası - Mahmudxucayev Furkat Sidixucaeviç
  94. Vətəndaş Təşəbbüslərinin Təşviqi Mərkəzinin Daşkənd şəhər bölməsi - Normamatova Nadirə Salamatovna
  95. Daşkənd şəhər “Özbəgim gəncləri” ansamblı qeyri-hökumət qeyri-kommersiya təşkilatı - Lüdfiya Ruzibayev
  96. Özbəkistan “Məhəllə” Xeyriyyə İctimai Fondu Daşkənd Şəhər Bölməsi - Kərimov Sokijon Alimdjanoviç
Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri