Modern.az

Almaniyada yaşayan alim İlham Əliyevin namizədliyini dəstəklədi - VİDEO

Almaniyada yaşayan alim İlham Əliyevin namizədliyini dəstəklədi - VİDEO

Diaspor

24 Yanvar 2024, 13:28

Dünya şöhrətli azərbaycanlı alim Məsud Əfəndiyev 7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin namizədliyini dəstəkləyəcəyini bildirib.

 

2022-ci ilin aprelində Şuşada keçirilən Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayındakı çıxışını xatırladan alim bildirib ki, diaspor ordusunun bir nümayəndəsi, Dünya Azərbaycanli Alimlər Birliyinin (DAAB) həmsədri və “Zəfər yoluna davam!” təşəbbüs qrupunun üzvü kimi Müzəffər Ali Baş Komandanımızın və Müzəffər Ordumuzun yanındadır: “Bu seçkilərdə də yekdilliklə səsimizi Sizə verəcəyik. Allah Sizi və müzəffər xalqımızı qorusun!”

 

Qeyd edək ki, 1991-ci ildən Almaniyada yaşayan Məsud Əfəndiyev Azərbaycanın əməkdar elm xadimi, Humboldt mükafatının ilk azərbaycanlı laureatıdır və “Deans Distinguished Professor” statusuna malikdir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok