Modern.az

Dünya azərbaycanlıları Azərbaycanın xoşbəxt gələcəyinə səs verəcəklər

Dünya azərbaycanlıları Azərbaycanın xoşbəxt gələcəyinə səs verəcəklər

26 Yanvar 2024, 12:04

44 günlük Vətən müharibəsi dövründə xarici ölkələrdəki Azərbaycan icmalarının yumruq kimi birləşməsi Qarabağda qazanılan cahanşümul qələbənin, ölkəmizin haqq səsinin bütün düyaya çatdırılmasında və erməni lobbisinin yalanlarının ifşa olunmasında əvəzsiz rol oynadı.

 

Dünya azərbaycanlılarının 7 fevralda ölkəmizdə keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı “BİZ – Zəfər Yoluna Davam!” təşəbbüs qrupu yaratması bu birliyin yeni və mühüm bir mərhələyə daşınmasının göstəricisidir.

 

Xaricdəki soydaşlarımız “BİZ – Zəfər Yoluna Davam” platforması vasitəsilə Azərbaycanın xoşbəxt gələcəyinin memarı Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirir, dünya azərbaycanlılarını milli birlik nümayiş etdirərək seçkilərdə fəal olmağa dəvət edirlər.Ğ

 

Soydaşlarımızın BİZ platformasındakı videomüraciətlərini aşağıdakı link vasitəsilə izləmək olar:

 

//www.facebook.com/groups/761174492541764/media/videos

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok