Modern.az

Tbilisidə Gürcüstan-Azərbaycan dostluğuna həsr olunmuş tədbir - FOTO

Tbilisidə Gürcüstan-Azərbaycan dostluğuna həsr olunmuş tədbir - FOTO

Diaspor

29 Yanvar 2024, 15:08

Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində “Gürcüstan və Azərbaycan dostluğu” mövzusunda tədbir keçirilib. 

 

Tədbiri giriş sözü ilə “Qanun” Hüquqi Yardım Mərkəzinin rəhbəri Əli Bədirov açıb. Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Sabit Məmmədov, professor Mahmud Kamaloğlu, Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurasının  sədri İsak Novruzov, “Alyans” Gənclər Mərkəzinin sədri Leyla Əmrahova və başqaları tədbirdə çıxış ediblər. Onlar iki ölkə arasında uzun illərdir davam edən dostluq əlaqələrinin möhkəmləndirilməsində görkəmli dövlət xadimləri Heydər Əliyevin və Eduard Şevardnadzenin müstəsna rolundan, 20 Yanvar hadisələrinin xalqımızın müstəqillik yolunda dönüş nöqtəsinə çevrilməsindən, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması naminə həyata keçirdiyi misilsiz xidmətlərindən danışıblar.

 

Gürcüstanda təhsil alan Azərbaycan Respublikasının vətəndaşları Aslan Aslanov, Kərim Səlimov və başqaları qarşıdan gələn növbədənkənar Prezident seçkilərində Müzəffər Ali Baş Komandan İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər və soydaşlarımızı seçkilərdə fəal olmağa dəvət ediblər. 

 

Qeyd edək ki, tədbirdə Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBI) İdarə Heyətinin sədri Nəriman Qurbanov, “Alyans” Gənclər Mərkəzinin icraçı direktoru Rəna Hüseynova, Marneulidəki “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov, “Vətəndaş-Cəmiyyətin Təhsili və İnkişafı üçün Vətandaş Birliyi”nin rəhbəri Kamran Xıdırov, “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzin” direktoru Rezo Həsənov, “Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin” rəhbəri Çiçək Hüseynova, iş adamları, tələbələr və media nümayəndələri iştirak ediblər.

 

Tədbir çərçivəsində icma üzvləri və gənclərlə görüş keçirilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok