Modern.az

Avropa Birliyinin rəhbəri  “vuruldu”: “İçki aludəçisidir”

Avropa Birliyinin rəhbəri  “vuruldu”: “İçki aludəçisidir”

25 İyul 2016, 16:39

Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin zərərli vədişləri barədə məlumat yayılıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Yunker ifrat dərəcədə alkoqol qəbul edir və çoxlu siqaret çəkir.

 

“Tütünə sevgisi ilə tanınan Jan-Klod Yunker çaxır yaxud cin-tonik içməkdən heç zaman imtina etməz. Bəzi avropalı məmurlar isə Yunkerin içkili olmadığı zamanlarda çox halsız və bədbin göründüyünü deyirlər”.

 

Lüksemburq mediası Avropa Komissiyasının sədrini “yüksək gərginlikli həyatı ilə bütün Bressel personalının tanıdığı və böyrək xəstəliklərindən əziyyət çəkən məmur kimi" təqdim etmişdi.

 

Avropa Komissiyasının rəsmisi Aleksandr Vinterştayn isə Yunkerin zərərli vərdişləri barədə danışmaq istəməyib və onun tibbi müayinə sənədlərinin ictimaiyyətə təqdim olunmayacağını əlavə edib.

 

Jan-Klod Yunker 2014-cü ilin noyabrından Avropa Komisiyasının sədridir. Buna qədər isə o, 18 il Lüksemburq hökumətinə başçılıq edib.

 

Vüqar İSMAYILOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok