Modern.az

Toy karvanında qəza: 45 ölü, 24 yaralı

Toy karvanında qəza: 45 ölü, 24 yaralı

Dünya

28 Yanvar 2017, 23:46

Madaqaskarda toy karvanı qəzaya uğrayıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə paytaxt Antananarivudan 90 kilometr şimal-şərqdə yerləşən Andjozorob şəhərində qeydə alınıb. Yük avtomobilinin çayın üzərindəki körpüdən aşması nəticəsində 45 nəfər həlak olub, 24 nəfər xəsarət alıb.

Andjozorob şəhər merinin sözlərinə görə, təxminən 70 nəfəri dasıyan avtomobil Mananar çayının üstündəki körpüdən aşıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok