Modern.az

Hərbi depolar sığınacağa çevirilir

Hərbi depolar sığınacağa çevirilir

Dünya

19 Aprel 2017, 00:17

ABŞ-da hərbi depolar sığınacağa çevirilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Amerikada ordunun silah və sursatını saxlamaq üçün istifadə edilən depolar uzun müddət istifadəsiz qaldığına görə bir firma tərəfindən alınaraq sığınacaq halına gətirilib.

Qiyamət qorxusundan xilas olmaq istəyənlər üçün nəzərdə tutulmuş sığınacaq firma tərəfindən satışa çıxarılacaq.

575 sığınacağın yerləşdiyi ərazinin təxminən 1942-ci ilə aid olduğu bildirilir.

“Vivos xPoint” adını daşıyan dünyanın ən böyük “həyatda qalmaq birliyi” adlanan bu sığınacaqlar 220 tonluq partlayışa tab gətiməyə qadirdir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok