Modern.az

İran Davos İqtisadi Forumunda iştirakdan imtina etdi

İran Davos İqtisadi Forumunda iştirakdan imtina etdi

20 Yanvar 2020, 13:05

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməkdən imtina edib.

 

Modern.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi bildirib.

 

"İranın Xarici İşlər nazirinin Davosdakı iqtisadi forumda iştirak etmək üçün İsveçrəyə səfəri planlaşdırıldı. Lakin rəsmi dəvətə baxmayaraq, nazir proqramın gündəliyini dəyişdirib və bu səbəbdən Davosa səfər baş tutmayacaq", - deyə A. Musəvi qeyd edib.

 

A.Musəvi M. C. Zərifin Davos səfərindən imtina etməsinin səbəblərini açıqlamayıb.

 

Qeyd edək ki, yanvarın 21-24-də Davosda yubiley, 50-ci Dünya İqtisadi Forumu keçiriləcək. Tədbirin iş proqramında 600-dən çox məruzəçinin iştirak edəcəyi 400-ə yaxın iclas yer alıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok