Modern.az

"Nikol Paşinyan da dindirilməlidir" - Vanetsyan

Dünya

6 İyun 2020, 18:24

Baş nazir və məsul şəxslər təkcə koronavirusla mübarizəni uğursuzluğa düçar etməyiblər, həmçinin çalışırlar öz uğursuzluqlarını hamımızın üzərinə atsınlar.

Modern.az hayeli.am-a istinadla xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan deyib. O, parlamentdəki müxalifət partiyalarına müraciət edərək, Nikol Paşinyana və digər bir sıra şəxslərə qarşı istintaq komissiyasının yaradılmasını tələb edib.

Bununla belə, o öz partiyasının gələcəkdə "Daşnaksütyun"la əməkdaşlıq edə biləcəyini də söyləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok