Modern.az

“Şor” partiyasının fəaliyyəti qadağan edilir

“Şor” partiyasının fəaliyyəti qadağan edilir

Dünya

9 Noyabr 2022, 20:18

Moldovanın ədliyyə naziri Sergiu Litvinenko Rusiyayönümlü müxalif “Şor” partiyasının qeyri-qanuni elan edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət göndərib. 

 

Modern.az xəbər verir ki, hökumət Litvinenkonun təşəbbüsünü bəyənib.

 

Rusiyayönümlü partiya sentyabrın 18-dən etibarən hər bazar günü hökumət əleyhinə aksiyalar keçirir.

 

“Bu müraciətin hazırlanmasında iştirak edən hər kəsə təşəkkür edirəm, hüquqi arqumentlər çox aydın şəkildə təqdim olunub. Görək Konstitusiya Məhkəməsi hansı qərarı verəcək. Müraciət layihəsi təsdiq edilib”, – Moldovanın baş naziri Nataliya Qavrilitsa bildirib.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!