Modern.az

ABŞ-dan Bakı və İrəvana mesaj - Bu, tarixi fürsətdir

ABŞ-dan Bakı və İrəvana mesaj - Bu, tarixi fürsətdir

16 Noyabr 2022, 20:16

Azərbaycan və Ermənistan arasında Sovet İttifaqının çökməsindən sonra başlayan, 30 ildən çox davam edən münaqişədə uzunmüddətli sülhün əldə edilməsi üçün tarixi fürsət var.

 

Modern.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Senatın Xarici əlaqələr komitəsində keçirilən dinləmələr zamanı deyib.

 

O, bildirib ki, sentyabrın 13-14-də olduğu kimi bu istiqamətdə bəzi geriləmələr olub.

 

“Toqquşma başladığı zaman biz dərhal döyüşlərin dayandırılması ilə məşğul olduq. Bu geriləmə bizim hamımıza vəziyyətin həssaslığını, dayanıqlı və hərtərəfli sülh razılaşmasının önəmini xatırlatdı”, - deyə Karen Donfrin vurğulayıb.

 

O, əlavə edib ki, dövlət katibi Entoni Blinkenin liderliyi ilə ABŞ dialoqun davam etdirilməsində vasitəçi olub və sentyabın 19-da, həmçinin noyabrın 7-də xarici işlər nazirlərinin birgə görüşünə ev sahibliyi edib.

 

Donfrid onu da vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülhün dəstəklənməsi doğru davranış olmaqla yanaşı, ABŞ-ın milli təhlükəsizlik marağıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi