Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu ilə birgə Qazaxıstana səfər edib.
Modern.az xəbər verir ki, bu barədə Çavuşoğlu özünün "Twitter" hesabında məlumat yayıb.
“Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin ikinci görüşündə iştirak etmək üçün Qazaxıstanın Xəzər sahilindəki liman şəhəri Aktaudayıq”, - deyə nazir bildirib.