Modern.az

Makron Əlcəzair qətliamına görə üzr istəməyəcək 

Makron Əlcəzair qətliamına görə üzr istəməyəcək 

12 Yanvar 2023, 19:21

Fransa Prezidenti Emmanuel Makron Əlcəzairdən üzr istəməyəcəyini bəyan edib. 

 

Modern.az xəbər verir ki, bu barədə o, “Le Point” qəzetinə müsahibəsində deyib.

 

Makron iki ölkəni barışdırmaq yolunda birgə səyləri davam etdirmək üçün əlcəzairli həmkarı Abdelmacid Tebbunu ilə görüşmək istədiyini vurğulayıb.

 

“Mən üzr istəməyə ehtiyac görmürəm. Məsələ bu deyil. Belə jest bütün əlaqələri qıra bilər”, - deyə Fransa lideri bildirib.

 

Qeyd edək ki, Fransa Əlcəzairdə müstəmləkəçilik siyasəti yürüdüb, yerli xalqa qarşı qətliam törədib.  Qırğınlar 1 milyon 500 min vətəndaşının ölümü ilə nəticələnib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi