Biz Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyilik
Modern.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan “CNN primanews” telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, Qərbdə Ermənistanın Rusiyanın müttəfiqi olduğunun fərqinə varırlar, bunu daha çox sezirlər.
"Biz bu vəziyyətdə heç kimin müttəfiqi deyilik. Görünür, bütün bu toqquşmalardan yayınmağın bir yolu var, amma həqiqət budur ki, vəziyyət nə qədər çətinləşsə, ondan yayınma ehtimalı da bir o qədər az olar", - Paşinyan vurğulayıb.
Baş nazirin sözlərinə görə, Ermənistan öz problemlərini başqalarının problemlərinə qarışmağa imkan vermir:
"Və bizim çətinliklərimiz geosiyasətlə deyil, coğrafiya ilə bağlıdır, dünya siyasəti necə dəyişsə də, bizim coğrafi mövqeyimiz dəyişməyəcək".