Modern.az

Rusiyaya qarşı 11-ci sanksiyalar barədə razılıq əldə olundu

Rusiyaya qarşı 11-ci sanksiyalar barədə razılıq əldə olundu

Dünya

21 İyun 2023, 20:05

Avropa İttifaqının (Aİ) daimi nümayəndələri Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

 

Bildirilir ki, yeni paketə 70 fiziki və 30 hüquqi şəxsin adı, Drujba neft kəmərinin şimal qoluna qarşı məhdudlaşdırıcı tədbirlər daxildir.

 

“Bu gün Aİ səfirləri Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Paketə sanksiyalardan yayınma və fərdi siyahıların qarşısının alınması tədbirləri daxildir”, - İsveçin Aİ Şurasındakı nümayəndəliyi "Twitter"də bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV