Modern.az

Malatyadakı zəlzələdən sonra insanlar küçədə gecələyib - FOTOLAR

Malatyadakı zəlzələdən sonra insanlar küçədə gecələyib - FOTOLAR

Dünya

11 Avqust 2023, 12:05

Xəbər verdiyimiz kimi, gecə saatlarında Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda 5.3 bal gücündə zəlzələ baş verib.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, silkələnmədən sonra xeyli şəhər sakini gecəni küçədə, park və meydanlarda keçirməyi üstün tutub.

 

Belə ki, fevralda ölkənin 11 vilayətini əhatə edən və 50 mindən çox insanın həyatına son qoyan zəlzələnin yaratdığı panika insanların yaddaşında qalıb.

 

Zəlzələdən sonra Malatya sakinlərinə su xətlərindən gələn içməli sudan içməmək tövsiyə olunub.

 

Qeyd edək ki, yeraltı təkan nəticəsində 22 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok