Modern.az

Tokayev ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdü

Tokayev ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdü

Dünya

11 Avqust 2023, 13:35

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniya Respublikasının xarici işlər naziri Buyar Osmani qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Kazinform" agentliyi məlumat yayıb.

 

"Sizin səfəriniz bizim üçün çox önəmlidir və mən bu təşkilatın etibarlı üzvü olan dövlət kimi ATƏT-ə sadiqliyimizi vurğulamaq istərdim. Təəssüf ki, təşkilatda mövcud olan fikir ayrılıqlarına baxmayaraq, ATƏT əvəzolunmazdır və biz onun potensialını qorumaq üçün səy göstərməliyik. 2025-ci ildə Helsinki Yekun Aktının 50-ci ildönümünü qeyd edərkən, ATƏT-in dialoq üçün unikal platforma rolunu davam etdirməsini təmin etmək həyati əhəmiyyət kəsb edir. ATƏT ilə güclü tərəfdaşlığımız ATƏT-in 2010-cu il Sammitinin Astana Bəyannaməsində təsbit olunmuş təhlükəsiz icmanın qurulmasına dair ümumi baxışa əsaslanır", - Tokayev deyib.

 

Dövlət başçısı Qazaxıstan və Şimali Makedoniya arasında əlaqələrin möhkəmləndirilməsi perspektivlərinə ayrıca toxunub: "İkitərəfli əməkdaşlıq çərçivəsində bizim heç bir problemimiz yoxdur. Biz əməkdaşlığın genişləndirilməsində kifayət qədər mühüm nəticələr əldə etmişik.Ölkəniz Qazaxıstanın Avropada çox mühüm tərəfdaşı kimi qəbul edilir və biz Skopyedə səfirliyimizi açmaq qərarına gəldik".

 

Buyar Osmani ATƏT-in Qazaxıstan və Mərkəzi Asiya regionu ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. Onun sözlərinə görə, ATƏT-in 2010-cu ildə Astanada keçirilən Sammiti təşkilatın əsas fəaliyyət istiqamətlərinin dəstəklənməsində Qazaxıstanın fəal rolunu sübut edib. Nazir bildirib ki, Qazaxıstanın həm regional, həm də regionlararası əməkdaşlıqda əsas rolu qeyd olunmalıdır.

 

Görüşün sonunda Tokayev Şimali Makedoniya Prezidenti Stevo Pendarovskiyə ən xoş arzularını çatdırıb və onu Qazaxıstana səfərə dəvət edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok