Modern.az

Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə müdafiə edirik - Erməni spiker

Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə müdafiə edirik - Erməni spiker

28 Noyabr 2023, 14:40

"İndi Ermənistanın Qarabağ adlı belə bir məsələsi yoxdur".

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkə parlamentinin spikeri Alen Simonyan jurnalistlərə deyib.

 

"Bu nə deməkdir? Məsələ həll olundu? Məsələnin həlli və ya həll olunmamış mahiyyəti nədir? Ermənistan Respublikasının indi belə bir məsələsi yoxdur. Ermənistan Respublikası Qarabağın da daxil olduğu Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə müdafiə edir. Biz bunu çox demişik. Son il yarım ərzində dəfələrlə”, - o qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri