Modern.az

AKP və CHP-nin namizədləri eyni sayda səs topladılar - Bələdiyyə kimin olacaq?

AKP və CHP-nin namizədləri eyni sayda səs topladılar - Bələdiyyə kimin olacaq?

Dünya

2 Aprel 2024, 11:48

31 martda Türkiyədə keçirilən bələdiyyə seçkilərində Ardahan vilayətinin Çıldır rayonunda maraqlı nəticələr ortaya çıxıb.

 

Modern.az xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) və ana müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədləri bərabər sayda səs alıblar.

 

Belə ki, AKP-nin namizədi Kemal Yakup Azizoğlu və CHP-nin namizədi Nurettin Aygünün hər birinə 452 seçici (28.73 faiz) səs verib. Tərəflərin nəticələrlə bağlı araşdırmalar üçün müvafiq seçki qurumuna müraciət etdiyi bildirilir.

 

Ardahan vilayət bələdiyyəsini isə CHP qazanıb. Nəticələri mübahisə yaradan Çıldır rayonunda səslərin paylanması aşağıdakı kimi olub:

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi