Modern.az

Putin yaxın vaxtlarda Paşinyanla görüşə bilər - Kreml

Putin yaxın vaxtlarda Paşinyanla görüşə bilər - Kreml

Dünya

22 Aprel 2024, 13:38

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan yaxın müddətdə müxtəlif məsələləri, o cümlədən Rusiya sərhədçilərinin ölkəni tərk etməsini şəxsən müzakirə edə biləcəklər.


Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Gümrüdə yerləşən 102-ci hərbi baza ilə bağlı sualı cavablandıran Peskov deyib ki, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı İrəvandan heç bir siqnal yoxdur.

“Bununla bağlı heç bir siqnal gəlməyib. Biz gözləyirik ki, qısa müddətdə prezident Putin və baş nazir Paşinyan bu və lazım gələrsə, digər aktual məsələləri şəxsən müzakirə etmək imkanı əldə edəcəklər”, – Peskov Rusiya sərhədçi postlarının geri çəkilməsi ilə bağlı bəyanatları şərh edərkən deyib.
 

Ermənistan-Rusiya ikitərəfli əməkdaşlığı çərçivəsində 2021-ci ildə Tavuş vilayətində Azərbaycanla sərhəddə Rusiya sərhəd mühafizə postları yerləşdirilib.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok