Modern.az

Gürcüstan bu il 1.3 milyon turist qəbul edib - 51.5 mini azərbaycanlılardır

Gürcüstan bu il 1.3 milyon turist qəbul edib - 51.5 mini azərbaycanlılardır

Dünya

22 Aprel 2024, 14:04

Gürcüstan 2024-cü ilin yanvar-mart aylarında 1,3 milyon beynəlxalq səyahətçi qəbul edib.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Milli Turizm Administrasiyası bildirib.

 

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,6% artım deməkdir. Pandemiyadan əvvəlki göstəricilər 80,4% bərpa olunub.

 

Türkiyədən Gürcüstana səyahət edənlərin sayı 17,6% artıb: 254 min nəfər. Rusiyadan gələnlərin sayı 16,1% (215,5 min) azalıb. İlk beşlikdə Ermənistan vətəndaşları (191,8 min), böyük fərqlə Azərbaycan (51,5 min) və İsrail (46,8 min) vətəndaşları var.

 

Ölkəyə daxil olanların sayına görə lider Gürcüstan-Türkiyə sərhədindəki Sarpi, ikinci yerdə Gürcüstan-Rusiya sərhədindəki Kazbegi, sonra Gürcüstan-Ermənistan sərhədindəki Sadaxlo keçid məntəqəsi qərarlaşıb. 

 

Ölkəyə hava yolu ilə gələnlər ümumi əcnəbilərin 38,7%-i həcmindədir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok