Modern.az

Haitidə müvəqqəti prezident şurası and içib

Haitidə müvəqqəti prezident şurası and içib

Dünya

25 Aprel 2024, 17:44

Haitidə yeni seçkilər keçirilənə qədər ölkəyə rəhbərlik edəcək keçid prezident şurası and içib.

 

Modern.az RİA-ya istinadən xəbər verir ki, fevralın sonunda ölkədə iğtişaşlar başlayıb və paytaxt Port-o-Prinsdə həyat cinayətkar dəstələr tərəfindən iflic olub.

 

Mart ayında ABŞ, Kanada, Fransa və Braziliyanın iştirakı ilə keçid şurasının yaradılması barədə razılıq əldə olunub. Eyni zamanda, Yamaykada Haiti üçün çoxmillətli yardım qüvvələrinin hərbi missiyası hazırlanıb.

 

Məlumata görə, ABŞ prezident seçkiləri ərəfəsində böhranın həllində irəliləyiş əldə etmək istəyir.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok