Modern.az

Avroviziya 2026-nın Azərbaycan təmsilçisindən FOTOSSESSİYA

Avroviziya 2026-nın Azərbaycan təmsilçisindən FOTOSSESSİYA

Mədəniyyət

Bu gün, 21:22

Azərbaycanı “Just Go” adlı ayrılıq mövzulu mahnı ilə təmsil edəcək ifaçı Jiva müsabiqə ərəfəsində yeni fotosessiyasını təqdim edib. Təqdim olunan obrazlar mahnının süjet xəttinə uyğun olaraq hazırlanıb.

Modern.az xəbər verir ki, fotosessiyanın ilk obrazında Jiva xəyanətkar sevgilisi tərəfindən oyuncaq kimi idarə olunan qadını canlandırır. Bu konsept çərçivəsində ifaçı əl-ayağı bağlı, azadlığı məhdudlaşdırılmış bir obrazda təsvir olunub.

“But you fooled me once again,

You played your little game,

You burned the faith I had inside.”

İkinci obraz isə yenilənmiş, güclənmiş və azad qadının bədii ifadəsidir. Sözügedən fotosessiyanın bu hissəsi yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Layihənin kreativ rəhbəri Elvin Cabbarov, bədii rəhbəri Pərviz Əliyev, fotoqrafı isə Azər Cəfərdir. Jivanın makiyajı Rüstəm Heybətov, saç düzümü Telman Heybətov tərəfindən hazırlanıb. Kreativ yanaşma ilə ərsəyə gələn və 12 saat davam edən çəkiliş prosesində 10 metrə yaxın saçdan istifadə olunub.

İlk obrazda istifadə edilən geyim xüsusi olaraq rəssam Gülçin Məmmədova tərəfindən Jiva üçün hazırlanmış əl işidir.

Qeyd edək ki, layihənin hazırlanması zamanı heç bir süni intellekt alətindən istifadə edilməyib.

Xatırladaq ki, Jiva 14 may tarixində Vyanada keçiriləcək 70-ci Avroviziya Mahnı Müsabiqəsində 2 nömrə altında Azərbaycanı təmsil edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!