Modern.az

Amerika Yəhudi Komitəsinin nümayəndə heyətinin Azərbaycana səfəri xüsusi əhəmiyyət daşıyır

Amerika Yəhudi Komitəsinin nümayəndə heyətinin Azərbaycana səfəri xüsusi əhəmiyyət daşıyır

Ölkə

Bu gün, 01:10

Bu günlərdə Amerika Yəhudi Komitəsinin (AJC) nümayəndə heyətinin Azərbaycana səfəri xüsusi əhəmiyyət daşıyır. Nümayendə heyətinin tərkibində AJC-nin Vaşinqatonda yerləşən Siyasət və İctimai Əlaqələr üzre direktoru beynəlxalq və daxili məsələlərə cavabdeh Ceyson İsaakson, eləcə də təşkilatın Milli
Rəhbərlər Şurasinin Los-Ancelesdəki üzvü Əli İbrahimzadə yer alırdı. Qonaqlarla keçirilən görüşdə Azərbaycanın dünyada nümunə kimi göstərilən multikulturalizm modeli, dövlət səviyyəsində
təșviq olunan tolerantliq siyasəti və müxtəlif xalqlar sülh, qarşılıqlı hörmət şəraitində birgə
yaşayış ənənələri ətrafında geniş fikir mübadiləsi apardıq. Xüsusilə qeyd etdik ki, Azərbaycanda yəhudi
icması tarixən cəmiyyətimizin ayrılımaz hissəsi olub ve bu gün də dövlətin diqqət və qayğısı ilə
əhatə olunur. Ölkəmizdə antisemitizmin olmaması, fərqli din və millət nümayəndələrinə
göstərilən mehriban münasibət Azərbaycan dövlət siyasətinin humanist mahiyyətini bir daha
nümayiş etdrir. Bu səfər həm Azərbaycan-ABŞ ictimai əlaqələrinin, həm də beynəlxala humanitar
dialoqun möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bir daha
sübut edir ki, multikulturalizm burada sadəcə Șüar deyil, real həyat tərzi və dövlət siyasətidir.

Anatoliy Rafailov

Milli Məclisin deputatı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!