Modern.az

Bu ölkədə 18-ci əsrdən bəri ən az uşaq doğulub

Bu ölkədə 18-ci əsrdən bəri ən az uşaq doğulub

Dünya

Bu gün, 17:20

Rusiyada demoqrafik vəziyyət daha da pisləşir və doğum göstəriciləri tarixi minimuma enir.

Modern.az xəbər verir ki, bu barədə demoqraf Aleksey Rakşa bildirib.

O, qeyd edib ki, Vladimir Putinin daha çox uşaqla bağlı çağırışlarına, abort məhdudiyyətlərinə və “ənənəvi dəyərlər” siyasətinə baxmayaraq, ölkədə doğum səviyyəsini artırmaq mümkün olmayıb.

Domoqrafın hesablamalarına görə, təkcə 2026-cı ilin birinci rübündə 272 min körpə doğulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azdır.

Mütəxəssisin sözlərinə görə, hazırkı göstəricilər 18-19-cu əvvəllərindən bəri ən aşağı səviyyədir. Doğum sayı müharibədən əvvəlki 2021-ci ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz, 2014-cü ilin pik göstəriciləri ilə müqayisədə isə 38 faiz azalıb.

Qeyd olunur ki, Rosstat 2025-ci ildən etibarən doğum, ölüm və əhali ilə bağlı bir sıra məlumatların dərcini dayandırıb. Son rəsmi məlumatlara görə, 2024-cü ildə doğum sayı 1,222 milyon təşkil edib. Lakin ekspert hesablamalarına əsasən, bu rəqəm 2025-ci ildə daha 4 faiz azalaraq 1,178 milyona düşüb və müasir tarixdə ən aşağı səviyyə kimi qiymətləndirilir.

Bununla yanaşı, ümumi doğum əmsalı da azalmaqdadır. Hazırda bir qadına düşən orta uşaq sayı 1,418 təşkil edir ki, bu da 2015-ci illə müqayisədə təxminən 20 faiz aşağıdır.

Ekspertlər hesab edir ki, mövcud tendensiya davam edərsə, Rusiyada demoqrafik böhran daha da dərinləşəcək.

Sizə yeni x var
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!