Modern.az

Gürcüstanın eks-müdafiə naziri həbs edildi

Gürcüstanın eks-müdafiə naziri həbs edildi

Dünya

24 Aprel 2026, 04:14

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladzeyə 10 il müddətinə həbs cəzası verib. O, çirkli pulların yuyulmasında və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib.

Modern.az xəbər verir ki, bu barədə "Rustavi-2" telekanalı məlumat yayıb.

"Məhkəmə keçmiş müdafiə naziri Cuanşer Burçuladzeni, onun keçmiş müavini Georgi Xayndravanı, Burçuladzenin həyat yoldaşının kürəkəni Vasil Mxeidzeni və Müdafiə Nazirliyinin satınalma şöbəsinin keçmiş rəisi Vladimir Quduşaurini təqsirli bilib", - deyə məlumatda bildirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ