Modern.az

İrəvanda Türkiyə bayrağı yandırıldı - PAŞİNYANDAN REAKSİYA

İrəvanda Türkiyə bayrağı yandırıldı - PAŞİNYANDAN REAKSİYA

Dünya

24 Aprel 2026, 03:55

İrəvanda qondarma “erməni soyqırımı”nın ildönümü ilə bağlı keçilən yürüşdə Türkiyənin dövlət bayrağı yandırılıb.

Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, ölkənin Baş naziri Nikol Paşinyan hadisəni pisləyib. Yürüş iştirakçılarının bayrağı yandırması sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryanın sözlərinə görə, Paşinyan bu addımı məsuliyyətsiz və yolverilməz hesab edir.

"Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusilə də qonşu ölkənin bayrağının yandırılması dövlət rəhbəri tərəfindən başqa cür qiymətləndirilə bilməz. Bu, açıq şəkildə təxribat xarakterli və gərginliyi artırmağa yönəlmiş davranışdır", - Baqdasaryan Paşinyanın mövqeyini səsləndirərkən vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ