Modern.az

ABŞ-İran danışıqlarını pozan səbəb açıqlanıb

ABŞ-İran danışıqlarını pozan səbəb açıqlanıb

Dünya

Bu gün, 17:14

İranda fikir ayrılığı ABŞ danışıqlarını pozub.

Modern.az xəbər verir ki, "Iran International" nəşrinin məlumatına görə, İran rəhbərliyində yaranmış fikir ayrılığı ABŞ-la İslamabadda keçirilməsi planlaşdırılan danışıqları pozub.

Bildirilir ki, prezident Məsud Pezeşkianın komandası ilə ali dini liderə yaxın qüvvələr arasında gərginlik səfərin baş tutmasına mane olub.

Məlumata görə, nümayəndə heyəti artıq yola düşməyə hazır olsa da, Möctəba Xameneiyə yaxın çevrələrdən nüvə məsələlərinin müzakirədən çıxarılması barədə göstəriş verilib.

Bununla yanaşı, İran Xarici İşlər Nazirliyinin komandası əvvəlki danışıqlara görə tənqid olunub.

XİN rəhbəri Abbas Araqçi isə bildirib ki, məhdudiyyətlər aradan qaldırılmadan danışıqlarda iştirakın mənası yoxdur.

Qeyd olunur ki, bu hadisə ABŞ nümayəndə heyətinin İslamabada mümkün səfəri və Donald Trampın atəşkəs rejimini uzatması fonunda baş verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!