Modern.az

6 nazir istefa verdi

6 nazir istefa verdi

Dünya

Bu gün, 17:52

Rumıniyada 6 nazir və baş nazirin müavini istefa verib, hökumətin parlament çoxluğunun dəstəyini itirdiyi açıqlanıb.

Modern.az "Mediafax"a istinadən xəbər verir ki, Rumıniyada hökumət daxilində ciddi siyasi böhran yaşanır.

Məlumata görə, kənd təsərrüfatı, energetika, əmək, ədliyyə, səhiyyə və nəqliyyat nazirləri, eləcə də baş nazirin müavini və hökumətin Baş katibliyinin rəhbəri Ştefan-Radu Oprya istefa verib.

Yayılan bəyanatda bildirilir ki, baş nazir artıq parlament çoxluğunun dəstəyinə malik deyil:

“Bu andan etibarən baş nazir parlament çoxluğunun dəstəyindən məhrumdur və bu o deməkdir ki, o, hökumətə rəhbərlik etmək üçün demokratik legitimliyə malik deyil”, – deyə açıqlamada qeyd olunub.

Qeyd olunur ki, baş verən istefalar ölkədə siyasi sabitliklə bağlı ciddi suallar doğurub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!