Modern.az

Pezeşkian Xameneini şəxsən müalicə edir

Pezeşkian Xameneini şəxsən müalicə edir

Dünya

Bu gün, 17:05

İranın yüksək vəzifəli rəsmiləri hazırda yaralı halda olan ali rəhbər Müctəba Xamenei ilə birbaşa təmasdan çəkinirlər.

Modern.az xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzeti yazıb.

İddialara görə, yüksək çinli İran rəsmiləri İsrailin onların hərəkətlərini izləyərək zərbə endirə biləcəyindən - öldürüləcəklərindən ehtiyat edirlər.

Mənbələrin sözlərinə görə, ağır yaralanmasına baxmayaraq, Müctəba Xamenei şüur aydınlığını qoruyur və proseslərdə iştiraka davam edir.

Bildirilir ki, o, ayaq və qol nahiyəsindən bir neçə əməliyyat keçirib, ali liderə protez qoyulması gözlənilir. Həmçinin üz nahiyəsindən ciddi yanıqlar aldığı, bu səbəbdən danışmaqda çətinlik çəkdiyi və əlavə tibbi müdaxilələrə ehtiyac ola biləcəyi qeyd olunur.

Məlumatda deyilir ki, İran prezidenti Məsud Pezeşkian (ixtisasca kardiocərrahdır) və səhiyyə naziri müalicə prosesində şəxsən iştirak edirlər.

Müctəba Xamenei ilə əlaqənin isə etibarlı kuryerlər vasitəsilə ötürülən əl yazısı qeydlərilə saxlandığı bildirilir.

Xatırladaq ki, 28 fevral tarixində İsrail tərəfindən edilən hava hücumu nəticəsində İranın ali rəhbəri Əli Xamenei həlak olub. Onunla yanaşı, gəlini, nəvəsi, qızı və kürəkəni də ölüblər.

Müctəba Xamenei atasının olduğu məkanı İsrailin hava hücumdan bir neçə dəqiqə əvvəl tərk etdiyi üçün sağ qalıb. Yayılan məlumta görə, Müctəba Xamenei hücumdan bir qədər əvvəl həyətə çıxıb və partlayış baş verən zaman çöldə olub. Partlayış nəticəsində bunanın həyətində olan Müctəba Xamenei bir neçə yerindən ağır yaralanıb.

Martın 8-də Müctəba Xamenei İranın yeni ali lideri seçilib. Onun Qum şəhərindəki gzili məkanlardan birində müalicə olduğu barədə məlumat yayılıb. ABŞ rəsmiləri Müctəba Xameneinin eybəcər hala düşdüyünü iddia ediblər. Müctəba Xamenei ali lider seçiləndən sonra ictimaiyyət qarşısına çıxa bilməyib.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!