Modern.az

Bu ölkədə kütləvi nümayişlər BAŞLADI

Bu ölkədə kütləvi nümayişlər BAŞLADI

Dünya

11 Yanvar 2025, 19:45

Monqolustanda etirazçılar Ulan-Batorun mərkəzi meydanına toplaşaraq prospekti bağlayıblar.

Modern.az bu barədə Monqolustan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, mərkəzi meydandan keçən 15 avtobus marşrutu ləğv edilib.

Mitinq bu gün səhər, yanvarın 11-də Azadlıq Alyansı partiyasının rəhbərliyi ilə başlayıb. Yerli vaxtla saat 12:00-da meydanda 3 minə yaxın insan olub.

Nümayişçilər Monqolustan hakimiyyətini sərt şəkildə ittiham ediblər.

Azadlıq Alyansı Partiyası parlament üzvlərinə indiki Monqolustan hökumətinin istefası tələbi ilə 33 məktub göndərib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı