Modern.az

4 nəfəri daşıyan təyyarə dağa ÇIRPILDI

4 nəfəri daşıyan təyyarə dağa ÇIRPILDI

Dünya

29 May 2025, 09:32

Cənubi Koreyada dəniz patrul təyyarəsi qəzaya uğrayıb.

Modern.az bu barədə "Yonhap" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, 4 nəfəri daşıyan təyyarə dağa çırpılıb. Onların taleyi məlum deyil.

Fövqəladə hadisə ölkənin cənub-şərqində, Yaponiya dənizinin sahilində yerləşən Pohanq şəhərində baş verib. Qəzanın şahidləri "dağ yamacının altından tüstü göründüyünü" deyiblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!