Modern.az

Moldovadakı separatçı rejim də Rusiyaya birləşmək istəyini bəyan etdi

Moldovadakı separatçı rejim də Rusiyaya birləşmək istəyini bəyan etdi

18 Mart 2014, 10:42

Moldovadakı separatçı Dnestryanı Respublikasının parlamenti Mixail Burla bu ərazinin Rusiya Federasiyasının tərkibinə birləşmək məsələsinə baxılmasını xahiş edib. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, o, Dnestryanı Respublikanın Ali Soveti adından Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə müraciət edib. Burla xatırladıb ki, 2006-cı ildə Dnestryanıda keçirilən referendumda seçicilərin 97,2 faizi Rusiyaya birləşməyin lehinə səs verib.

Qeyd edək ki, Dnestryanıda artıq rus dili dövlət dili kimi qəbul olunub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok