Modern.az

Xanımlar üçün ağıllı tozsoran icad edildi

 Xanımlar üçün ağıllı tozsoran icad edildi

19 Sentyabr 2015, 21:09

“iRobot” şirkətinin yeni “Roomba 980” adlı tozsoran ətraf mühiti araşdıran və yadda saxlayan daxili kamera və sahibinə evdə olmadıqda belə smartfondan qurğunu idarə etməyə imkan verən “Wi-Fi” texnologiyası ilə təchiz edilib. Modern.az xarici mətbuata istinadən bildiri ki, yeni tozsoranlarun təmizliyə başlaması üçün mobil proqramda "Clean" düyməsinə sıxmaq kifayət edəcək. . Mobil proqram, həmçinin təmizləmə qrafikini idarə etməyə imkan verir, amma real vaxt rejimində tozsoranı idarə etmək mümkün deyil.

Təhlükəsizlik problemi ilə əlaqədar kamera vasitəsilə çəkilmiş görüntü təmizlik bitdikdən 90 dəqiqə sonra silinir. Bu halda heç bir məlumat "bulud"da “Roomba 980” tozsoranı avtonom rejimdə iki-üç otağı təmizləyə bilər. Tozsoranın batareyası 3 saat ərzində tamamilə dolur. Bu halda qurğu əvvəlki modellə müqayisədə iki dəfə çox sorma gücünə malikdir. 

Bu ilin oktyabrında tozsoran ABŞ-da 900 dollar qiymətinə satışa çıxarılacaq. 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok