Modern.az

Saxta spirtli içki 6 can aldı

 Saxta spirtli içki 6 can aldı

Dünya

29 Oktyabr 2015, 01:05

İstanbulda spirtli içki 6 nəfərin həyatına son qoyub. Modern.az türk mediasına istinadən bildirir ki, son 3 gündə zəhərlənmə halları ilə bağlı müraciətlər xeyli sayda artıb. Zəhərlənmə halı huş itirmə, şiddətli qarın ağrısı, qusma kimi əlamətlərlə müşahidə olunur.

Xəstəxanalara ağır vəziyyətdə daxil olanlarda 6- sı artıq dünyasını dəyişib. Hadisəylə bağlı saxta spirtli içki istehsal edən 7 nəfər saxlanılıb.

Ölənlərin sayının artacağı istisna edilmir.  

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok