Modern.az

Təyyarədə musiqiyə görə dava düşdü - Video

 Təyyarədə musiqiyə görə dava düşdü - Video

11 Mart 2016, 23:01

 

Baltimordan Los-Ancelesə uçan “Spirit Airlines” hava şirkətinə məxsus təyyarənin 5 sərnişni arasında dava düşüb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, davaya səbəb yüksək səsli musiqi olub.

Məlumatda qeyd edilir ki, şahidlərin sözlərinə görə, içkili vəziyyətdə olan iki qız qulaqcıqlar deyil, dinamik vasitəsilə musiqi dinləmək qərarına gəlib. Sərnişinlərdən bir neçəsi buna etiraz edərək musiqinin səsini azaltmağı xahiş ediblər. Ancaq xanımlar bundan imtina ediblər.  

Bundan sonra 3 sərnişin qızlara yaxınlaşaraq onların digərlərinə mane olduqlarına inandırmağa çalışıb. Nəticədə dava düşüb.  

Sərnişinlər qeyd ediblər ki, dava iştirakçıları olan xanımlar bir-birilərinin saçlarından tutub dartıb, hətta bərkdən qışqırıblar. Təyyarə Los-Ancelesdə enəndən sonra polis davakar qızları saxlayıb.     

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok