Modern.az

Bakıda Ukrayna vətəndaşının 5 min dollarını OĞURLADILAR

Bakıda Ukrayna vətəndaşının 5 min dollarını OĞURLADILAR

Current

29 İyun 2016, 13:01

Azərbaycanda yaşayan Ukrayna vətəndaşının  5 min dolları oğurlanıb.

 

Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda qeyd olunub.

 

Məlumata görə, iyunun 20-dən 26-dək olan müddətdə Yasamal rayonunun M.Muxtarov küçəsində  kirayədə yaşayan Ukrayna vətəndaşı Andrey Lisyukun evindən naməlum şəraitdə 5000 ABŞ dolları  oğurlanıb.

 

Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən orada qulluqçu işləyən, Bakı şəhər sakini Lamiyə Əliyeva tutulub.

 

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

 

Gülşən RAUFQIZI

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı