Modern.az

Yerevan üsyançılarından bəyanat: İnqilabdan başqa yol yoxdur

Yerevan üsyançılarından bəyanat: İnqilabdan başqa yol yoxdur

Aktual

17 İyul 2016, 16:16

Qanunsuz silah dövriyyəsinə görə həbs edilən müxalifətçi Jirayr Sefilyanın tərəfdarları Ermənistanın gələcəyinin inqilabdan başqa yolu olmadığını bəyan ediblər. Modern.az xarici mediaya istinadən bildirir ki, onlar vətəndaşları dövlət çevrilişi etməyə çağırıblar.

Müxalifətdəki “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Naira Zohrabyan Yerevanda hərbi üsyan nəticəsində polis məntəqəsində girov götürülənlərlə bağlı bəyanatında bu yolla siyasi və sosial problemlərin həllinin mümkün olmadığını qeyd edib. Onun fikrincə, Jirayr Sefilyanın müxalifət təşkilatı “Təsis parlamenti” bütün xalq adından bəyanat verə bilməz.

Son məlumata görə, polis alayına basqın zamanı 8 nəfər girov götürülüb. Qanun keşikçilərindən biri öldürülüb, iki nəfər yaralanıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı