Türkiyədə dövlət çevrilişinə cəhddən sonra həyata keçirilən işdən çıxarılma əməliyyatı Dini İşlər İdarəsinə (Diyanət İşleri Başkanlığı) də çatıb.
Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, həmin idarənin 492 əməkdaşı işdən çıxarılıb. Onların nurçu camaatın lideri Fətullah Gülənə yaxın olduğu bildirilir.
Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə bir qrup hərbçi Türkiyədə hakimiyyəti devirməyə cəhd edib.
Modern.az