Braziliyanın Rio-de-Janeyro şəhərində keçirlən XXXI Yay Olimpiya Oyunlarının altıncı günündə mübarizəyə qoşulan Azərbaycan cüdoçusu Elmar Qasımov yarışlara qələbə ilə başlayıb.
Modern.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yarışan Elmar Qasımov 1/16 final mərhələsində Rusiya təmsilçisi, Avropa, dünya və Olimpiya çempionu Tahir Xaybulayevi məğlub edərəkş 1/8-ə çıxıb.
Cüdoçumuzun növbəti mərhələdəki rəqibi Lyes Bouyakoub (Əlcəzair) olacaq.