Modern.az

“Bu əvvəlkilərdən daha çətin pley-off oyunu olacaq” – Baş məşqçi

“Bu əvvəlkilərdən daha çətin pley-off oyunu olacaq” – Baş məşqçi

Aktual

17 Avqust 2016, 22:20

"Çətin rəqibə qarşı oynayacağıq". Modern.az saytı "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveç "Göteborq"u ilə keçirəcəkləri Avropa Liqasının ilk "pley-off" matçından öncə mətbuat konfransında bildirib.

O bildirib ki, bu mövsüm çempionatda 18 tur və bir neçə avrokubok oyununa çıxan rəqib hazırda pik nöqtədədir: "Üstünlük "Göteborq" tərəfdədir. Çünki evdə, azarkeşləri önündə oynayacaqlar. Buna baxmayaraq, komandam bu oyuna hazırdır. Ən yaxşısını etməyə çalışacağıq. Belə oyunlarda təcrübəmiz var, xüsusən, pley-off oyunlarında. Rəqib çox istəklidir, bizə əvvəlki illərdən daha çətin pley-off oyunu olacaq. "Göteborq" daha çox kollektiv oyuna üstünlük verir. Turun qalibi Bakıda məlum olacaq".

Qeyd edək ki, avqustun 18-də Qotenburq şəhərindəki "Qamla Ullevi" stadionunda keçiriləcək "Göteborq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Cavab görüşü avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı