Modern.az

Bu gün Bakıda 44013 uşaq I sinfə başlayıb

Bu gün Bakıda 44013 uşaq I sinfə başlayıb

Aktual

15 Sentyabr 2016, 16:12

Təhsil nazirinin müvafiq əmrinə əsasən, 2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi prosesinə 1 mart 2016-cı il tarixdən başlanılıb. 

2016-2017-ci dərs ili üçün Bakı şəhəri üzrə I sinfə 48 minə yaxın uşağın qəbul olunacağı gözlənilir.

Bu barədə Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bugünkü məlumata əsasən, mektebeqebul.edu.az saytı vasitəsilə qeydiyyatdan keçirilən uşaqların 36075 nəfəri Azərbaycan bölməsi, 7938 nəfəri rus bölməsində təhsil alacaq. I sinfə gedən şagirdlərdən 41253 nəfəri 6 yaşı tamam olanlar, 2760 nəfəri isə 6 yaşı tamam olmayanlardır.

Lisey və gimnaziyaların I siniflərinə isə 2450 nəfər şagird gedəcək. Onlardan 2115 nəfəri 6 yaşı tamam olanlar, 335 nəfəri 6 yaşı tamam olmayanlardır.

Hazırda I sinfə qəbul prosesi elektron qaydada davam edir. Proses sentyabrın 15-nə kimi ümumtəhsil məktəblərində, gecikənlər üçün isə sentyabrın 15-dən oktyabrın 15-nə kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılacaq.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı