Modern.az

Alman deputatlar Milli Məclisə niyə gəldi?

Alman deputatlar Milli Məclisə niyə gəldi?

Aktual

5 Oktyabr 2016, 17:50

 

Oktyabrın 5-də Milli Məclisin Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı Aleksandr  Ulriçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

 

Bu barədə Modern.az-a Milli Məclisdən məlumat verilib.

 

Məlumata görə, Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Xanlar Fətiyev qonaqları salamlayaraq, bu günlərdə Almaniyanın milli bayramı münasibəti ilə bu ölkənin səfirliyində təşkil olunmuş tədbirdə iştirak etdiyini söylədi və təbriklərini çatdırıb.

 

Bildirilib ki, ölkələr arasında müxtəlif sahələrdə gözəl münasibətlər mövcuddur. Biz  parlamentlər səviyyəsində də sıx əməkdaşlıq edilir.

 

Almaniya Bundestaqının deputatı Aleksandr Ulriç səmimi görüşə görə minnətdarlığını ifadə etdi. O, səfərin  Beynəlxalq parlament təqaüdü (İPS) proqramı ilə əlaqədar olduğunu bildirib.

Məlumat verilib ki, bu proqram siyasətə maraq göstərən gənclər üçün nəzərdə tutulub. Proqramda 41 ölkədən 120 nəfər gənc iştirak edir. Hazırda Azərbaycan və Qazaxıstandan 7 gəncin proqrama seçilməsi gözlənilir. Həmin gənclər Almaniya Bundestaqının fəaliyyəti ilə tanış olacaq, təcrübə keçəcəklər. Qonaq qeyd etdi ki, Azərbaycanda istedadlı, siyasətlə maraqlanan gənclər çoxdur və onlar Almaniyada topladığı  təcrübəni öz ölkələrində müvəffəqiyyətlə tətbiq edə biləcəklər.

 

Almaniyalı deputat hər iki ölkənin parlamentləri arasında, xüsusilə dostluq qrupları çərçivəsində sıx əlaqələrin olduğunu söylədi. İqtisadi sahədə əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi barədə danışdı. Almaniya-Azərbaycan Ticarət Palatasının fəaliyyətini müsbət dəyərləndirib.

O, Azərbaycanın Almaniya üçün enerji sahəsində vacib tərəfdaş olduğunu deyib. Aleksandr Ulriç Azərbaycanda müxtəlif dini icmaların qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərməsini xüsusi vurğulayaraq, bunun digər ölkələr üçün gözəl nümunə olduğunu söyləyib.

 

Dostluq qrupunun üzvü Asim Mollazadə çıxış edərək İPS proqramının əhəmiyyəti barədə söhbət açdı. Qeyd edildi ki, Bundestaqın təcrübəsinin öyrənilməsi, Almaniya siyasi sistemi ilə tanışlıq gənclərimiz üçün müsbət haldır.

 O, Almaniyanın ölkəmizdə peşə təhsili islahatları ilə bağlı gördüyü işləri də təqdir etdi. Hər iki ölkənin universitetləri arasında əməkdaşlığın  inkişaf etdirilməsinin önəmli olduğunu deyib.

Dostluq qrupunun digər üzvü Şəmsəddin Hacıyev bildirib ki, biz İPS   proqramını dəstəkləyirlər. Almaniyada təhsil almış gənclərin gələcəkdə ölkəmizdə müxtəlif sahələrdə çalışaraq, əldə etdikləri təcrübəni tətbiq etməsi çox önəmlidir. Deputat Azərbaycanda dövlət qurumlarına əməkdaşların işə qəbulu qaydaları ilə bağlı qonaqlara ətraflı məlumat verib.

 

Görüşdə iştirak edən Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab İPS proqramı, habelə, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi barədə öz fikirlərini açıqlayıb.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı