Silahlı Qüvvələrin hərbi orkestrlərinin nümunəvi çıxışları təşkil olunub. Modern.az xəbər verir ki, faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə bu gün saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində 6 nöqtədə Silahlı Qüvvələrin hərbi orkestrlərinin nümunəvi çıxışları olub. Çıxışları xeyli paytaxt sakini izləyib.
Modern.az