Modern.az

Eyfel qülləsinin ətrafında zirehli divar ucaldılacaq

Eyfel qülləsinin ətrafında zirehli divar ucaldılacaq

Current

18 Sentyabr 2017, 18:44

Parisdə Eyfel qülləsinin ətrafında şəffaf gülləkeçirməz divarın ucaldılmasına başlanılıb.

 

Modern.az-ın məlumatına görə, bu, qüllənin terror hücumlarından qorunması məqsədilə həyata keçirilir.

Zirehli şüşənin qalınlığı 5 santimetr olacaq. Divarın hündürlüyü isə qüllənin 324 metrlik hündülrlüyünə uyğun olaraq 3 metr 24 santimetr təşkil edəcək.

 

Şəffaf divarlaırn qoyulmasına oktyabrın 5-də başlamaq planlaşdırılır. İşlərin başa çatması 2018-ci ilin iyuluna nəzərdə tutulur.

Maliyyə sənədlərinə görə, divarın ucaldılması ümumilikdə 25 milyon avroya başa gələcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı