Modern.az

Sumqayıtda ər arvadını döyüb xəstəxanalıq etdi

Sumqayıtda ər arvadını döyüb xəstəxanalıq etdi

Aktual

24 İyul 2018, 20:14

Sumqayıtda əri tərəfindən döyülən 30 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 18-ci mikrorayon ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər Corat qəsəbə sakini 1988-ci il təvəllüdlü Rüstəmova Pərvanə Rasim qızı əri tərəfindən döyülüb. O aldığı ağır xəsarətlərlə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

 

Hadisənin ailə münaqişə zəminində baş verdiyi bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı