Ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gediş haqqı tariflərində dəyişikliklər edilib. Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, Bakı Sərnişin Stansiyasının rəisi Nizaməddin Eminovun sözlərinə görə, qiymət artımı Bakı-Sumqayıt qatarlarına şamil edilməyəcək. Qiymət artımını zəruri edən səbəblər də açıqlanıb. Başlıca səbəb bu aylarda qatarlara olan tələbin artmasıdır.
Nizaməddin Eminov onu da bildirdi ki, qiymət artımı oktyabr ayına qədər qüvvədə olacaq. Həmin aydan sonra qatarlar əvvəlki tariflə hərəkət edəcək.